İcarəyə verilir 2 otaqlı köhnə tikili 70 m², 8 Noyabr m.
8 Noyabr metrosu və Tibb Universitetinin yaxınlığında 2 otaqlı mənzil kirayə verilir (Ramil marketin yani)
Nəsimi rayonu, Həsən Əliyev küçəsi (keçmiş İnqilab) ilə Azər Əliyev küçəsinin kəsişməsində, "Ximqaradok" kimi tanınan ərazidə, olduqca əlverişli məkanda yerləşən mənzil kirayə verilir. Mənzil 8 Noyabr metrosuna piyada 5 dəqiqəlik məsafədədir və Tibb Universitetinə yaxın ərazidə yerləşir.
Mənzil tam şəraitlidir, yaşayış üçün zəruri olan bütün növ əşya, mebel və məişət texnikası ilə təmin olunub.
Əsas məlumatlar:
Otaq sayı: 2 otaq
Ümumi sahəsi: 70 kv.m
Mərtəbə: 9 mərtəbəli binanın 8-ci mərtəbəsi
Qiymət: 700 AZN
Təchizat və şərait:
İstilik və soyutma sistemi (Kondisioner və mərkəzi/fərdi istilik sistemi)
Plazma televizor, internet və kabel TV xətləri
Paltaryuyan maşın, soyuducu, qaz pilitəsi və aspirator
Geniş qonaq otağı mebel dəsti, divan və kreslolar
Yataq otağı mebeli (iki nəfərlik rahat çarpayı, geniş qarderob şkafı və güzgülü kamod)
Tam təchizatlı mətbəx mebeli və yemək masası
Səliqəli sanitar qovşaq, daimi isti-soyuq su təminatı
Şəhərə gözəl mənzarəsi olan eyvan
İnfrastruktur:
Bina infrastruktur cəhətdən çox zəngin və əlverişli yerdədir. Metroya yaxınlığı ilə yanaşı, ətrafında böyük supermarketlər, apteklər, kafe və restoranlar, məktəb, bağça və tələbələr, eləcə də ailələr üçün lazım olan bütün iaşə obyektləri mövcuddur. Nəqliyyatın hərəkəti üçün hər tərəfə rahat çıxışı var.
Şərtlər:
Aylıq kirayə haqqı: 700 AZN
Ofis haqqı: Nağd ödənişin 30 faizini təşkil edir.