İcarəyə verilir 2 otaqlı yeni tikili 95 m², Nəsimi r.
Tibb Universitetinə piyada cəmi 5 dəqiqəlik məsafədə, şəhərin elit yeni tikili binasında 2 otaqlı mənzil uzunmüddətli kirayə verilir. 18 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşən mənzil 95 kv.m sahəyə malikdir, yüksək zövqlə tam təmir olunub və rahat yaşayış üçün bütün lazımi mebel, həmçinin məişət avadanlıqları (televizor, soyuducu, paltaryuyan, kondisioner, kombi) ilə tam təmin edilib. 24 saat mühafizəsi və sürətli liftləri olan binanın ətrafında Tibb Universiteti, gəzinti üçün Koala Park və Koroğlu Parkı, böyük supermarketlər, klinika, apteklər, restoranlar, kafelər, idman zalları, məktəb və bağça mövcuddur. Nəqliyyat baxımından çox əlverişli yerdə yerləşən bu mənzil rahat və keyfiyyətli yaşayış axtaranlar üçün əla təklifdir. Aylıq kirayə haqqı 1100 AZN, ofis haqqı 30% təşkil edir.